23 may 2018 22:20

Azərvbaycanda məhbuslar qolbaqla gəzəcək - QANUN DƏYİŞDİ  

Prezident İlham Əliyev, Cəzaların İcrası Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, məcəlləyə edilən əsas dəyişiklik məhkumlugun bəzi hallarda elektron nəzarət qurğuları ilə əvəz edilməsi, eləcə də azyaşlı uşaqlara görə güzəşt edilən məhbusların uşaqlarının yaşının 8-dən 14-ə qaldırılmasıdır. Hər iki əsas dəyişiklik cəzaların nisbətən yüngülləşməsi istiqamətindədir. 

Eləcə də bax: 200 manatlıqlar gəlir - YENİ PUL BURAXILDI


Cəzaların İcrası Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1. 26-cı maddəyə “islah işləri” sözlərindən sonra “, azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin.

2. 38.2-ci maddəyə “uyğun olaraq cəzanın” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin.

3. 51.4-cü maddədə “qəsdən” sözü “qərəzli” sözü ilə əvəz edilsin, həmin maddəyə “hissəsinin” sözündən sonra “azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin.

4. 133-cü maddənin adında və mətnində “qazancından” sözü “aylıq pul təminatından” sözləri ilə əvəz edilsin.

5. 159.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“159.1. Hökmlə məhkumun xüsusi və ya hərbi rütbədən, fəxri addan, yaxud dövlət təltifindən məhrum edilməsi haqqında məsələ nəzərdə tutulduğu halda, məhkumun müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə təqdimat və məhkəmə hökmünün surəti müvafiq icra hakimiyyəti orqanına, digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi hallarında isə bu barədə məhkəmə hökmünün surəti icra olunması üçün həmin orqana göndərilir.”.

6. 172-ci maddə üzrə:

6.1. adı aşağıdakı redaksiyada verilsin:

“Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması”;

6.2. 172.1-ci maddədə “və azyaşlı uşaqları” sözləri “və ya on dörd yaşına qədər uşağı” sözləri ilə və hər iki halda “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin;

6.3. 172.2-ci (hər iki halda) maddədə, 172.3-cü maddənin birinci cümləsində (hər iki halda), 172.4-cü maddənin birinci cümləsində (hər iki halda), 172.5-ci (hər iki halda), 172.6-cı (hər iki halda), 172.7-ci (hər iki halda) və 172.8-ci (hər iki halda) maddələrdə “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin.

7. 173-cü maddə üzrə:

7.1. adı aşağıdakı redaksiyada verilsin:

“Hamilə qadınların və azyaşlı uşaqları olan şəxslərin cəzanın çəkilməsinin təxirə salınması şərtlərinə riayət etməmələrinin nəticələri”;

7.2. 173.1-ci (hər iki halda), 173.2-ci (hər iki halda) maddələrdə və 173.4-cü maddənin birinci cümləsində “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin.

8. 176.4-cü maddədə “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin.

9. 178.5-ci və 182.2-ci maddələrə “boyun qaçırdıqda” sözlərindən sonra “, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz