22 may 2018 18:55

"Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük fərqlər var"

"Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində Azərbaycan və Aİ arasında böyük fərqlər var".

 

FED.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycanda maliyyələşdirdiyi "Pilot Regional İnkişaf Proqramı" layihəsində baş ekspert Daniel Sepik aqrar sahədə Avropa Birliyi və Azərbaycan arasında olan fərqli cəhətlərdən danışarkən deyib.

 

D.Sepik qeyd edib ki, Aİ öz tələbatından artıq kənd təsərrüfatı məhsulları istehsal edə bildiyi halda, Azərbaycan hələ bu mərhələnin başlanğıcındadır: "Azərbaycanın Fransa ilə oxşarlıqları çoxdur. Belə ki, Azərbaycan əhalisinin 50%-i kənddə yaşayır. Fermerlərin çoxunun kiçik torpaq sahələri var, ölkədə daha çox ailə-fermer təsərrüfatları üstünlük təşkil edir və köhnə fermer ənənələri davam edir. Buna görə də Fransa təcrübəsi Azərbaycan üçün maraqlı olar. Bundan başqa, Aİ-də kiçik və orta fermerlərin lazımi avadanlıqları və texnologiyaları var və onlar məhsulu necə istehsal edəcəklərini bilirlər. Azərbaycanda isə fermerlər köhnə texnologiya və metodlar əsasında işləyirlər və yeni texnologiyaya çıxış imkanları məhduddur. Buna görə də, fermerlər öz əsas funksiyaları olan məhsul istehsalını tam yerinə yetirə bilmirlər. Azərbaycan üçün hazırda əsas məsələ fermerin balıca funksiyası olan real istehsalçıya çevrilməsidir",- deyə o bildib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin