21 may 2018 15:59

Cümhuriyyətdən yazan qaliblər məlum oldu - ADLAR 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən universitet tələbələri arasında elan edilmiş məqalə müsabiqəsinə yekun vuruldu. FED.az xəbər verir ki,  cümhuriyyətimiz ilə bağlı müsabiqəyə 100-dən artıq tələbə yazı verib. 

“Müsabiqəni təşkil etməkdə məqsədimiz  Azərbaycan Xalq Cümhuriyyəti haqqında tarixi faktları, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rolu, Cümhuriyyətin müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsirini müəyyən etmək idi. Məqalələrdən duyulur ki, müsabiqə iştirakçıları ətraflı araşdırmalar aparıb, yeni informasiyalar əldə ediblər. Biz özümüz də yeni faktlar öyrəndik. Bu faktların bir qismi Respublika Gününə həsr olunan sənədli filmdə də öz əksini tapıb" -  deyə Bank Respublikanın Marketinq Departamentinin Direktoru Əli Daşdəmirov bildirib.
Qeyd edək ki, məqalələr beş nəfərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib. 1-ci, 2-cü və 3-cü yerlərə layiq görülmüş tələbələrə müvafiq olaraq 500, 300 və 200 AZN  məbləğində mükafat və hədiyyələr təqdim olunub. 
 
Qaliblərin adları:
 
I yer - Əsgərova Nərmin (Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası)
II yer - Ömərova Nigar (Azərbaycan Turizm və Menecment Universiteti)
III yer - Vəlixanov Nazim (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin