Utancverici hadisə Kolumbiya mətbuatında

Əhəd Abıyevin bayraq qalmaqalı Kolumbiya mətbuatında
 
Kolumbiya mətbuatı Daşkəsənin icra başçısı Əhəd Abiyevdən yazıb.

Colombia.com-da istinadən məlumatına görə, yerli mətbuatda çıxmış məqalədə Əhəd Abiyevin Kolumbiya və Ermənistan bayraqlarını rənglərinə görə səhv saldığı qeyd olunub.
Məqalədə bildirilir: “Əhəd Abıyevin başına xoşagəlməz hadisə gəlib. Ə.Abıyev əsgərlərin qarşısında “şifer” materialından hazırlanmış Kolumbiya bayrağını yumruqla sındırmağa cəhd edib. Saatlar sonra sındırmağa çalışdığı bayrağın Ermənistana deyil, Kolumbiyaya məxsus  olduğunu anlaşılıb. Həm də bilinməlidir ki, Ə.Abıyevin bu hərəkəti Kolumbiyaya qarşı cinayət sayılır.  

Müstəqil politoloq Fazil Surxayov bu hadisə ilə bağlı redaksiyamıza şərh verib - "Kövrək şifer parçasını qırmaqla özünə xal qazandırmaq istəyən məmurumuz, əslində Azərbaycanın imicini beynəlxalq aləmdə nə qədər alçaltdığını təsəvvür belə etmir. Bu biyabırçılıqda bizim mediyanında rolu az deyil təbii ki"


Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin