17 may 2018 17:35

SOCAR-ın zavodu cərimə olundu 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda texnoloji prosesin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı artıq  qanunamüvafiq tədbirlər görüb.

 

Bu haqda nazirliyin mütəxəssisi Mirsalam Qənbərov bildirib.

 

Onun sözlərinə görə, zavod hüquqi şəxs qismində 20 min, sex rəisləri isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib.

 

“Zavodda texnoloji reqlament normalarının gözlənilməsi, əmələ gələn tullantıların qanunamüvafiq idarə olunması, qurğu və avadanlıqlarda modernizasiya işlərinə başlanılması üçün artıq onlara xəbərdarlıq edilib. Bu işlər görülməzsə yenidən zavoda qarşı qanunamüvafiq tədbirlər görüləcək.

 

Mənbələrdən atılmalara nəzarət etmək məqsədilə elektron monitorinq sisteminin tətbiq olunması ilə bağlı zavod rəhbərliyinə tövsiyələr verilib”-deyə M.Qənbərov qeyd edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin