17 may 2018 16:56

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları yerləşdirildi

17 may 2018-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət  Fondu ASC – nin AZ2028008681 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Yerləşdirmə zamanı hərrac qiyməti 1 002,3333AZN olmuşdur.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00  manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00  manat təşkil etmişdir.

İstiqrazların   ödəmə tarixi 19 dekabr 2040-ci ildir

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz