17 may 2018 15:39

"Kristal Motors" Vergilər Nazirliyini məhkəməyə verib

"Kristal Motors" MMC Vergilər Nazirliyiyanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

FED.az xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC iddiaçının 2014-cü ilin mənfəət vergisinin məbləğinin 2 milyon 209 min 13 manat məbləğində azaldılması və 2014-cü ilin mənfəət vergisini 17 min 151 manat məbləğində iddiaçının şəxsi hesab vərəqində qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürüb.

İddia mümkünsüz sayılıb.

Qərardan narazı qalan "Kristal Motors" MMC apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz