17 may 2018 15:00

 “Quba Palace” yeni mövsümə “Yay” Musiqi Festivalı ilə start verəcək

Dağların ətəyində, möcuzəli təbiətin gözəlliklərinə qərq olan “Quba Palace” yeni mövsümün açılışına “Yay” Musiqi festivalı ilə start verəcək. 
Festival bütün yay boyu - may ayının 26-dan sentyabr 15-dək davam edəcək və bir-birindən maraqlı şou-proqramlar, konsertlərlə həyatınıza özəl bir rəng qatacaq. 
 
Açılış çərçivəsində mayın 26-27-də otelimiz həm də Cümhuriyyətimizin 100 illiyini təntənəli şəkildə qeyd edəcək. Bu məqsədlə “Quba Palace” öz qonaqlarına unudulmaz, bənzərsiz, əyləncə dolu konsert-proqramı təklif edir.
 
Mayın 26-da “Yeni ulduz” müsabiqəsinin qalibi, gənc müğənni Çingiz Müsatafayev öz ifası ilə qonaqlarımıza əla musiqi zövqü bəxş edəcək.
Mayın 27-sində isə Türkiyənin tanınmış mügənnisi Erdem Kınay və onun məşhur duet ortağı Merve Özbey möhtəşəm konsert programı ilə çıxış edəcəklər.
“Quba Palace” yayın ilk pozitiv, adrenalin, əyləncə dolu proqramına qatılmaq üçün qonaqlarına xüsusi olaraq tərtib etdiyi “Respublika Bayramı Qiymətləri”ni təqdim edir:  
 
Deluxe Mountain View King (2 nəfərlik) – 300 manat;
Deluxe Mountain View Twin -(2 nəfərlik) – 300 manat;
Deluxe Lake View King(2 nəfərlik) - 320 manat;
Deluxe Lake View Twin(2 nəfərlik) - 320 manat;
Junior Suite-(2 nəfərlik) - 340 manat;
Honeymoon Suite (2 nəfərlik) – 390 manat;
Family Suite (4 nəfər) - 550 manat;
Manna Villa (2 nəfər) - 550 manat;
Midiya Villa (6 nəfər) - 1100 manat;
Urmiya Villa (8 nəfər) - 1400 manat;
Atropetana Villa (8 nəfər) - 1600 manat.
Bu qiymətlərə səhər yeməyi, şam yeməyi və vergilər daxildir.
 
Qeyd edək ki, “Yay” Musiqi festivalının qaynar qonaqları sırasına Dilarə Kazımova (15 İyun, 2018), Növrəsli Qaradaşları (16 İyun, 2018), “Twenty-Five Band” qrupu (17 İyun, 2018), Brilliant Dadaşova (22 Avqust, 2018) Samirə Əfəndi (23 Avqust, 2018), The Snap qrupu və Dj David Shaboy (15 Sentyabr, 2018) da daxildir.
 
Ətraflı məlumat əldə etmək üçün bu nömrələrlə əlaqə saxlaya bilərsiniz: (+99450) 281-81-50; (+99412) 404-34-34.




 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz