17 may 2018 14:40

Mənzillərin onlayn satışı ilə bağlı nəticələr ləğv edilə bilərmi?

Məlumat verdiyimiz kimi, bu yaxınlarda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemində problem yaşanıb.

Belə ki, mənzillərin onlayn satışı həyata keçirilib. Sistem isə bu satışın öhdəsindən gələ bilməyib. Saytda yüklənmələr olub və minlərlə insana alqı-satqı ilə bağlı bildirişlər gedib.

Eləcə də bax: “Çökən” sistemə 760 min manat xərclənib

FED.az xəbər verir ki, problem istifadəçilərin ciddi narazılığına səbəb olub. Ekspertlər də qeyd edir ki, “Çökən” sistemə 760 min manat xərclənib, amma sayt mənzillərin satışını həyata keçirə bilməyib.

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradıldı.

Bəs görəsən bundan sonra necə olacaq? Nəticələr , ümumiyyətlə, ləğv oluna bilərmi?

Məsələ ilə bağlı MİDA-dan bildirilib ki, hazırda komissiya şikayətləri araşdırır.

Belə ki, 10 gün ərzində bu barədə vətəndaşlara ətraflı cavab veriləcək.

Nəticələrin ləğvinə gəlincə isə qeyd edilib ki, yalnız komissiyanın qərarından sonra bu barədə danışaq mümkün olacaq. Hələlik isə qeyd edilən məsələ ilə bağlı araşdırmalar aparılır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin