17 may 2018 14:13

Neftin qiyməti 80 dolları keçib

Neft 2014-cü ilin noyabr ayından bəri ilk dəfə olaraq 80 dollardan yuxarı qiymətə satılır.

FED.az-ın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, "Brent" markalı neftin  qiyməti  London birjasında 1,1% artaraq 80,18 dollara satılır.

Ekspertlərin rəyincə, neftin bahalaşmasına ABŞ-da neft ehtiyatların azalması, bu ölkənin İranla "nüvə sazişindən" çıxması və yeni sanksiyaların tətbiq edilməsi səbəb olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin