17 may 2018 12:10

Azərbaycan şərabını Çinə satacaq

FED.az xəbər verir ki, Azərbaycan Çində bu ilin sonuna qədər şərab evini açmaq niyyətindədir.Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.


AZPROMO prezidentinin sözlərinə gröə, bu istiqamətdə texniki xarakterli işlər görülür, bu il ərzində Şanxayda şərab evi açılacaq.

R.Məmmədov deyib: "Şərab evi ilə bağlı dünən Şanxaydakı azad ticarət zonası ilə danışıqlar aparılıb. Bu işdə bir çox proseslər bizdən asılı deyil. Oranın qanunvericiliyi, fərqli prosedurlar var".

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin