17 may 2018 10:40

"Kriptovalyuta bazarı böyüyür, payını artırır, lakin gələcəyi bilmək olmaz"

"Son 5 ildə Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə, təxminən, 300 mln. manat vəsait xərcləyib. Bunun 49,8%-i yeni proqramların alınmasına sərf olunub". 

FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. 

"Bank sektoru və maliyyə bazarları informasiya texnlogialarının tətbiqində də ön sıralarda dayanır", - o qeyd edib. 

Onun sözlərinə görə, hazırda Azərbaycanda da kriptovalyuta ilə əməliyyatlar mövcuddur, amma rəqəmsal pullara münasibət birmənalı deyil: "Bu, istifadəçilər üçün rahatdır, dövlətlər üçün isə narahatlıq doğurur. Kriptovalyuta bazarı böyüyür, payını artırır, lakin gələcəyi bilmək olmaz". 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin