17 may 2018 10:17

Bütün obyektləri siyahıya alacaqlar – İNDİ DƏ BƏLƏDİYYƏLƏR

Azərbaycanda fəaliyyət göstərən bələdiyyələr topladıqları vergi və ödənişlərini artırmaq üçün öz ərazilərində fəaliyyət göstərən obyektləri siyahıya almalıdırlar. FED.az xəbər verir ki, bunu mayın 16-da Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası üzvlərinin Xırdalanda keçirilən ümumi yığıncağında Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bildirib.
 
Onun sözlərinə görə, 2016-cı illə müqayisədə 2017-ci ildə yerli ödənişlərdən daxilolmalar 19,3 faiz artsa da bəzi yığımlar azalıb. Belə ki, açıq məkanda reklamın yerləşdirilməsi və yayımına görə ödənişlər əvvəlki illə müqayisədə 7,5 faiz, avtomobil dayanacaqlarından gələn gəlirlər  1,7 faiz azalıb.
 
Prezident administrasiyası rəsmisi bildirib ki, bələdiyyələrin kifayət qədər maliyyə potensialı olduğu halda, yerli vergi və ödənişlər tam toplanılmır. O, vergi və ödənişlərin tam həcmdə yığılmasının təmin edilməsi üçün, ilk növbədə, bələdiyyələrdə vergi ödəyicilərinin, vergitutma və ödəniş obyektlərinin uçota alınmasının təmin edilməsinin vacibliyini qeyd edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz