17 may 2018 09:43

Əmanətlərin Sığortalanması Fondu - TENDER ELANI

FED.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu 1-lot üzrə tender keçirir.

Lot 1 - Mərkəzləşdirilmiş informasiya sistemlərinin (bundan sonra -FMİST) təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulmasına dair tətbiqi proqram təminatları, avadanlıqlar, standart proqram təminatları və sistem proqram təminatlarının satınalınması üçün​
İddiaçılar tenderdə iştirak haqqı kimi Əmanətlərin Sığortalanması Fondunun aşağıda qeyd olunan hesabına 300 (üç yüz) manat vəsaitin köçürüldüyü barədə bank arayışını təqdim edərək əsas şərtlər toplusunu əldə edə bilərlər. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında və ya avro ilə göstərilmiş valyuta hesablarına ödəyə bilərlər: Əlaqələndirici şəxs: Anar Haqverdiyev. Telefon: 941 (daxili 3002), Mob: +994503720396 elektron poçt ünvanı: anar.haqverdiyev@adif.az.

Ünvan: Əmanətlərin Sığortalanması Fondu, AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16. ƏSF,
VÖEN: 1700773271 Mərkəzi Bank, VÖEN: 9900071001
SWIFT.BIK: NABZAZ2C ( AZN )
SWIFT.BIK: NABZAZ2X ( valyuta )
Kod: 501004 M/h AZN: AZ74 NABZ
01451700000000001944 M/h USD: AZ32 NABZ
01452800000000007840 M/h EUR: AZ97 NABZ
01452800000000003954 H/h AZN: AZ86 NABZ
01360450000000007944 H/h USD: AZ08 NABZ
01360550000000007840 H/h EUR: AZ34 NABZ
01360550000000007954
İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir: - tenderdə iştirak üçün yazılı müraciət; - iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı; - tender təklifi qiymətinin 1 (bir) %-i məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada); - son 1 (bir) ildə maliyyə vəziyyəti barədə bank arayışı; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat); - müvafiq sahədə son üç ildə həyata keçirdiyi layihələr haqqında müfəssəl məlumat. - iddiaçının təklif olunan əməliyyat sistemləri və ya standart proqram təminatı üzrə sertifikatlı mütəxəssislərinin olmasını təsdiq edən sənədlər. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 iyun 2018-ci il saat 18.00 -a qədər, tender təklifi və bank təminatını isə 27 iyun 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, ikiqat zərfdə Əmanətlərin Sığortalanması Fondunun (AZ 1025) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır. İddiaçıların tender təklifləri 28 iyun 2018-ci il saat 15.00-da Azərbaycan Respublikası Əmanətlərin Sığortalanmsı Fondunun inzibati binasında (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16) açılacaqdır.


Tender komissiyası

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin