16 may 2018 16:12

İxracın yarıdan çoxu 5 ölkənin payına düşür

 2018-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələrin ilk onluğu açıqlanıb. İtaliya yenə də Azərbaycanın əsas xarici ticarət tərəfdaşları arasında liderliyini qoruyub.

FED.az-ın Dövlət Gömrük komitəsinə istinadən xəbər verdiyi xəbərə görə, ticarət dövriyyəsinin 17,32%-i məhz bu ölkənin payına düşüb.

Daha sonra Türkiyə (10,19%), Rusiya (7,89%), İsrail (6,08%), Almaniya (5,93%), İndoneziya (3,83%), Çin (3,73%), Çexiya (3,56%), Tayvan (3,27%) və ABŞ (3,08% sıralanıb.

Beləliklə, Azərbaycanın 10 ölkə ilə xarici ticarət dövriyyəsinin ölkənin məcmu ticarət ticarət dövriyyəsində xüsusi çəkisi 64,88%-ni təşkil edib.

Hesabata əsasən İtaliya həm də Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkədir. Belə ki, ölkənin cəmi ixracının 24,75%-i İtaliyaya yönəlib. Daha sonra Azərbaycanın ixrac etdiyi əsas ölkələrin ilk beşliyində İsrail(9,17%) və Türkiyə(7,37%), İndoneziya(5,53%) və Tayvan(4,91%) yer alıb. Beləliklə, ölkənin cəmi ixracının 51,73%-i bu beş ölkənin payına düşüb.

Yanvar-aprel ayları ərzində Azərbaycanın ən çox mal idxal etdiyi ölkə isə Rusiya (cəmi ixracın 17,4%-i) olub. Hesabata əsasən Türkiyə (15,47%), Çin (10,14%), Almaniya(7,85%), ABŞ(4,69%) də ən çox mal idxal etdiyimiz ölkələr siyahısındadır. İdxalın 55,55%-i bu ölkələrdən həyata keçirilib. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin