16 may 2018 14:57

Vergilər Nazirliyinin aparat rəhbəri dəyişdi

 Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. 

FED.az xəbər verir ki, nazir Mikayıl Cabbarov Nazim Səmədovu aparat rəhbəri təyin edib.

O, indiyə qədər mədəniyyət nazirinin müavini olub və yeni vəzifəsində Nigar Alimovanı əvəz edib. Keçmiş aparat rəhbərinin isə nazirlikdə yeni yaradılmış Katiblik Departamentinə rəhbər təyin edildiyi bildirilir. 

Xatırladaq ki, N.Alimova 2015-ci fevralın 9-da ölkə prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin