16 may 2018 12:53

Azərbaycan tütün idxalını 23% azaldıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 34 mln. 928,16 min dollar dəyərində tütün idxal edib.

Bu barədə FED.az -a Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, məbləğ baxımından illik nisbətdə 10 mln. 147,23 min dollar və ya 22,51% azdır.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 45 mln. 075,39 min dollar dəyərində tütün idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında tütün idxalı Azərbaycanın ümumi idxalının 1,15%-ni təşkil edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin