16 may 2018 12:38

Ət idxalı 10% azalıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 19 mln.357,37 min dollar dəyərində 13 465,86 ton ət idxal edib.

Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 1 501,1 ton və ya 10,03% azdır. Məbləğ baxımından isə illik nisbətdə  1 mln. 819,77 min dollar və ya 8,59% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 21 mln. 177,14 min dollar dəyərində 14 966,96 ton ət idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,64%-ni təşkil edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin