16 may 2018 10:56

Azərbaycan valyutasını nəyə xərcləyir? - İDXAL MALLARININ SİYAHISI 

Azərbaycan valyutasını ən çox buğdaya xərcləyir. FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən 2018-ci ilin yanvar-apel aylarında ölkəmiz xaricdən 406 min 842 min ton buğda alıb. Bunun üçün Azərbaycan 70 milyon 971 min dollar xərcləyib. 

 

Ən çox xərclənən valyuta isə maşən, mexanizm, elektrik avadanlıqlarının payına düşür: 718 milyon 296 min dollar. Nəüqliyyat vasitələri və onlar üçün hissələrin alınmaslna 256 milyon dollar xərcləmişik. 

Ən pisi odur ki, Azərbaycanda müvafiq potensialı ola-ola xaricdən gətirmək üçün meyvə-tərəvəzə 66 milyon, plastmas məmulatlara isə 102 milyon dollar vermişik. Kərə yağının alınmasına isə ölkəmiz xaricə 25 milyon 771 min dollar çıxarıb. 


Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz