16 may 2018 10:22

Ən çox vəsait ƏDV-dən toplanıb 

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 27 mln. 581,90 min manat daxil olub.

 

Komitənin açıqladığı statistikaya əsasən, gömrük daxilolmaları ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 269 mln. 488,51 min manat və ya 35,55% artıb.

 

Ötən 4 ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 264 mln. 16,30 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 709 mln. 993,10 min manat, aksizlər üzrə 42 mln. 424 min manat, yol vergisi üzrə isə 11 mln. 148,50 manat təşkil edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin