16 may 2018 10:13

İran Mərkəzi Bankının sədrinə ABŞ-dan sanksiya

ABŞ ilə İran arasındakı gərginlik, nüvə müqaviləsindən ABŞ-ın tək tərəfli çıxmasının ardından artmağa davam edir.
 

FED.az xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi aralarında İran Mərkəzi Bankının sədri Valiullah Seyfin də olduğu 6 nəfərin adını sanksiya siyahısına daxil edildiyini açıqlayıb. Seyfin Livan Hizbullahına pul köçürdüyü səbəbdən adının sanksiya siyahısına daxil edildiyi bildirilib.
 

Həmçinin,İran İnqilab Mühafizəçilərinin Qüds Gücünə verdiyi dəstəyə görə İran Mərkəzi Bankının beynəlxalq əməliyyatlar departamentinin direktor müavini olan Əli Tarzalinin adı da sanksiya siyahısına daxil edilib.

 

Livanın "Al Bilad İslam Bank"ı da sanksiyaya daxil edilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz