16 may 2018 09:18

"Garant"-ın nizamnamə kapitalı azaldı 

Azərbaycanda inşaat materiallarının istehsalı ilə məşğul olan “Garant İnşaat Sənaye” MMC nizamnamə kapitalını 7,2 mln. manat və yaxud 28,8% azaldaraq 17,8 mln. manata endirib.

FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verib.

Məlumata görə, bu məqsədlə kapitalı formalaşdıran 25 min ədəd payın nominal dəyəri 1 000 manatdan 712 manata endirilib.

Xatırladaq ki, “Garant İnşaat Sənaye” MMC 2004-cü ildən fəaliyyət göstərən “Azbentonit” MMC-nin bazasında yaradılıb. Şirkət vaxtilə hazırda fəaliyyət göstərməyən “Garant Holding” MMC-yə daxil olub. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin