15 may 2018 11:56

İşdən çıxarılan generalın yerinə - TƏYİNAT

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yeni rəis təyin edilməsi ilə bağlı əmr imzalayıb.

FED.az Unikal.org-a istinadən xəbər verir ki, Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gömrük xidməti polkovnik-leytenantı Bəhruz Quliyevi rəis təyin edib.

Xəbər Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən təsdiqlənib.

Qeyd edək ki, bir neçə gün əvvəl "dərman mafiyası”na görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyev işdən çıxarılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz