15 may 2018 09:44

Dövlət Neft Fondu - TENDER ELANI

FED.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu 16-lot üzrə tender keçirir.

Lot – 1. Fiziki təhlükəsizlik sistemi üzrə avadanlıqlar üçün ehtiyat hissələrinin satınalınması.
Lot-2. Təhlükəsizlik siqnalizasiyası sistemləri üçün (Simplex, Bosch) avadanlıqların və ehtiyat hissələrin satınalınması.
Lot -3. Fiziki təhlükəsizlik üzrə mühəndis- texniki avadanlıqlarının ehtiyat hissələrinin satınalınması.
Lot- 4. Mülki müdafiə avadanlıqlarının satınalınması.
Lot -5. Loqlar üçün saxlancın (artırılması) satınalınması.
Lot- 6.Bakı şəhəri ərazisində yerləşən mərkəzlər üzrə fondun əməkdaşları üçün bədən tərbiyəsi və idman xidmətlərinin satınalınması.
Lot -7. Elektron sənəd dövriyyəsi üçün proqram təminatının satınalınması.
Lot -8.İnformasiya texnologiyaları avadanlıqlarının və ehtiyat hissələrinin satınalınması.
Lot -9. İnformasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları, İP telefoniya, virtual platforma, elektron məktub, İT təhlükəsizlik sistemləri və s.) texniki xidmətin satınalınması.
Lot -10. Tərcümə mərkəzləri üçün yazılı və sinxron tərcümə xidmətlərinin əldə olunması.
Lot -11. 1 ədəd “BMW 740 li” model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyat hissələri və sürtkü materialları daxil olmaqla) satınalınması.
Lot -12. 2 ədəd “Toyota Camry” və 2 ədəd “Toyota Corolla” model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyat hissələri və sürtkü materialları daxil olmaqla) satınalınması.
Lot -13. 1 ədəd “Mazda 6 “model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyat hissələri və sürtkü materialları daxil olmaqla) satınalınması.
Lot -14. 1 ədəd “Volkswagen Amarok”model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyat hissələri və sürtkü materialları daxil olmaqla) satınalınması.
Lot -15. Bayraq dirəklərinə texniki xidmətin (bayraqların kimyəvi təmizlənməsi və bərpası daxil olmaqla) satınalınması.
Lot- 16. Trane markalı havalandırma qurğuları (Fan coil) üçün ehtiyat hissələrinin satınalınması.

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 nömrəli fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanındakı internet səhifəsində tanış olmaq mümkündür. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satınalınmasını əhatə edir.
Tender prosedurları 4 iyul 2018-ci il yerli vaxtla saat 10.00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılışı ilə başlanacaqdır.
Tenderdə iştirak üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: - tenderdə iştirak etmək üçün ərizə; - podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - podratçının ixtisas göstəricilərinə dair məlumat; - tender təklifi (tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti ilə birlikdə); - podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 21 iyun 2018-ci il yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə 3 iyul 2018-ci il yerli vaxtla saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu,Heydər Əliyev prospekti 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
1-ci lotdan 10-cu lotadək iştirak haqqı hər birinə 100 (yüz) manat, 11 –ci lotdan 16 –cı lotadək isə iştirak haqqı hər birinə 50 (əlli) manat məbləğdə müəyyən edilmişdir. Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim olunacaqdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165.
VÖEN: 9900041961
H/h:AZ84NA BZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər. Tenderlə əlaqədar suallar və sorğular TSK2017@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565- 87- 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498- 77 -53 əlaqələndirici şəxslər Lot -1-5 üzrə Nailə Məmmədli (dax.: 9005), Lot 6 üzrə Səidə Ağayeva (dax.:8001), Lot- 7 üzrə Çəməngül Mustafayeva (dax.: 1001), Lot 8-9 üzrə Orxan Şahverdiyev (dax.: 1202), Lot 10-16 üzrə Əli Rzayev (dax.: 1005) və hüquqi məsələlər üzrə Fatimə Səlimlidir (dax.: 8025)).

Tender komissiyası

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin