14 may 2018 20:32

"Veysəloğlu" işçi axtarır - VAKANSİYA

FED.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu işçi axtarır.
 
Vəzifənin adı: Baş Hüquqşunas

Təcrübə müddəti: Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi

Təhsil: Ali hüquqi təhsil

Dil bilikləri Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı

Eləcə də bax : "Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "Maliyyə Bazarlarına Nəzarət Palatası" işçi axtarır - VAKANSİYA


VƏZİFƏ FUNKSİYALARI:

 Azərbaycan Respublikasının qanunlarını, mülki, mülkü prosessual, inzibati və inzibati-prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini, beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli
 Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək, hüquqi işlərə metodiki rəhbərlik etmək, struktur bölmələrə hüquqi yardım göstərmək, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək
 Hazırlanan hüquqi sənədlərin layihələrini təsdiqləmək
 Qanunvericiliyin tələblərinə əsasən şirkətdə hüquqi prosedurların həyata keçirilməsini təşkil etmək
 Hüquqi fəaliyyətin həyata keçirilməsi istiqamətində tələb olunan maliyyə vəsaitinin ayrılması üçün lazımi tədbirlər görülməsini təmin etmək
 Hüquqi prosesləri izləmək və bu proseslər barədə şirkət daxilində əlaqədar şəxslərə və ya instansiyalara məlumat  vermək
 Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə müəyyən edilmiş qaydada hesabat tərtib edib Direktora təqdim etmək
 Hüquqi fəaliyyətin həyata keçirilməsi istiqamətində təkliflər təqdim etmək, qəbul edilən qərarların icrasını təmin etmək

İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@veyseloglu.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Baş Hüquqşunas" qeyd edilməsi xahiş olunur. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin