İran Azərbaycana 1,2 milyard dollara yaxın investisiya yatırıb

İranın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 1,2 milyard dollara çatıb. Onlardan 145 milyonu qeyri-neft sektoruna yatırılıb.

Bu sözləri bu gün Bakıda keçirilən “Azərbaycanın İranda investisiya imkanları” konfransında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda İran maliyyəsi ilə 450 şirkət fəaliyyət göstərir.

Trend©

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin