01 may 2018 20:40

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır - VAKANSİYA

FED.az xəbər verir ki, Sumqayıt Texnologiyalar Parkı Layihə Meneceri vəzifəsi üzrə vakansiya elan edib.

Vəzifə öhdəlikləri:

• Fərdi layihələri idarə edir, statuslarını təqib edir və uğurlu şəkildə nəticəyə çatmasını təmin edir, lazım gəldikdə əlavə strukturları işə cəlb edir;
• Layihə çərçivəsində iş bölgüsü edir, vəzifələri təyin edir;
• Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək  problemlərin qarşısının alınması və ya həll edilməsini təmin edir; 
• Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
• Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasını təmin edir və bu məqsədlə ehtiyac olan metod və metodologiyanı müəyyənləşdirir və tətbiqini təmin edir;
• Üzləşilə biləcək riskləri müəyyən edir, qarşısının alınması üçün tədbirlər planı hazırlayır və risklər ortaya çıxdıqda tətbiq edir 
• Layihə işçi qruplarına rəhbərlik edir;
• Maliyyə hesabatlarının vaxtında çatdırılmasını təmin edir;
• Layihə haqqında məlumatları, müsbət və mənfi təcrübələri maraqlı tərəflərə vaxtında çatdırır;
• Bütün işlərlə bağlı Departamentin direktoruna hesabat verir;                                                                         
• Baş direktorun verdiyi tapşırıqların uçotunu aparır, icrasına nəzarət edir və icra vəziyyəti barədə məruzələr edir;
• Digər struktur və bölmələrdən iş zərurəti ilə əlaqədar məlumat tələb etmə səlahiyyəti var; 
• Departament direktoru tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirir.


Eləcə də bax: "METAK" işçi axtarır - VAKANSİYA

Təhsil/Təcrübə:

• Ali təhsil (layihənin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır);
• Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyinə malik olmalı; 
• Analoji sahədə azı 3 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək (MS project il işləmə bacarığı arzuolunandır);
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında; 
• 5 günlük iş həftəsi;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: cv@stp.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin