01 may 2018 10:04

Qızların təhsili nə üçün vacibdir? - ARAŞDIRMA

Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə, qızların sahib olduğu təhsil səviyyəsidir. Millət olaraq genefondumuzda qızların təhsilinə çox önəm verən BABALARIMIZ olsa da, bu gün XXI əsrdə qızlarının təhsil almaq istəyini elə öz evindəcə boğan on minlərlə ailə var. 

 
Bir kişinin(və ya oğlan uşağının) təhsil alması sadəcə bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının(və ya qız uşağının) təhsil alması bir nəslin təhsil almasına bərabərdir. Məhz bu düşüncənin fərqində olan H.Z.Tağıyev müsəlman şərqində ilk qızlar məktəbini tikdirərək qızların təhsil almasına yaratdığı imkanlarla əslində bir neçə nəslin təhsil almasına şərait yaratmışdı.
 
Həştərxanda tatar dilində çıxan GUNAŞ-yəni Günəş qəzetində, Axund Məhəmmməd Pişnamazzadə tərəfindən maraqlı bir məqalə çap olunmuşdu. Çoxlarını narahat edən bu məqalədə, məzlum şərq qadınının taleyinə toxunulurdu. Cavan ailələr nə üçün tez dağılır, müsəlman oğlanlar nə üçün öz qızlarımızı bəyənmirlər, ailə həyatının zəhərlənməsinə səbəb nədir? kimi suallara müəllif çox aydın cavab verirdi. Hamının acı-acı sezdiyi, fəqət heç kəsin dilinə gətirmədiyi sosial bəlanı qamçılayır, onun köklərini açıb göstərirdi. Müasir gənclərimiz get-gedə avropa ruhunda inkişaf edir və tərbiyyə olunurlar. Onların qadına münasibəti dəyişir. Digər tərəfdən biz müsəlmanlar isə, qızlarının tərbiyyəsinə və təhsilinə əsla fikir vermirik. Beləliklə, xarakterdə, tərbiyyədə və inkişafda iki əks qütb yaranır. Ailə ixtilafları da, ziyallılarımızın savadsız müəlman qızları ilə evlənmək istəməməsi də, elə burdan irəli gəlir(c). 
 
Yazı geniş əks-səda doğurur. Şərq aləmində ailə işinə qarışmaq olar? Özü də, kimdi bunları yazan: dövrün tanınan ruhani alimi, görkəmli bir şəriət bilicisi. Bu ki, islam təfəkkürünə çox ciddi bir zərbədir. Garaguruh o dəqiqə baş qaldırır. Güya müəllif şəriət qanunlarını pozur, milli hisləri tapdalayır. Güya xalqı çaşdırır, oğlanlara böhtan atır, qızları-qadınları pis yola dəvət edir. Bir tərəfdən də bəlli olur ki, Axundun iki qızı Tiflis qadın gimnaziyasında təhsil alır. Özü də, rus dilində!
 
Bütün zamanlarda yaşayan ziyalılarımız, dinimiz qızların harda və ya hansı dildə təhsil almasına qarşı olmayıb. Ancaq, milli və dini düşüncəmizdən uzaq bir sıra dogmalar, qızların təhsil almasına əsrlərdir qarşı çıxmaqdadır.
 
Son zamanlar genetik tədqiqatlarda, uşaqlara zəka geninin atadan deyil anadan keçdiyi aşkar edilmişdir. Genetik tədiqatlarla yanaşı, uşaqların təhsil və zəkası üzərində ananın və ya atanın təsir dərəcəsi haqqında  tədqiqat aparan başqa bir elm sahəsi də, ekonometrikadır. Bir sıra ekonometrik tədqiqatların nəticələrinə görə, uşaqların zəkası(IQ) və təhsil səviyyəsi üzərində, ananın zəkası(IQ) və təhsil səviyyəsi, atanın zəkası və  təhsil səviyyəsindən daha çox təsirə malikdir.
 
Aparılan ekonometrik tədqiqatlar nəticəsində, uşaqların təhsil səviyyəsi üzərində əhəmiyyətli təsirə malik olduğu düşünülən dəyişənlərin, valideyinlərin təhsil səviyyəsi, ailənin rayon və ya şəhərdə yaşaması, ailədə 6 yaşından kiçik uşaqların sayı, ata ananın boşanmış olması, kitabxanaya yaxınlıq, ailənin gəlirləri, ailənin dini inancı kimi dəyişənlər olduğu aşkar edilmişdir. .
 
Bu məqalədə istifadə edəcəyim dəyişənlər, ABŞ-da aparılmış anket sorğuları nəticəsində əldə edilmişdir. İstifadə edilən dəyişənlər 540 müşahidə dəyərindən ibarətdir. Ekonometrik model qurmazdan əvvəl rəyi soruşulanların təhsil səviyyəsini göstərən dəyişənin təsviri statistikaları ilə yanaşı, ata, ana və uşaqların təhsil səviyyəsini göstərən müvafiq dəyişənlər arasında korrelyasiya əmsallarına  nəzər salaq.
 
Cədvəl 1: Rəyi soruşulanların təhsil səviyyələrinə aid təsviri statistikalar
 
Cədvəl 1-də rəyi soruşulanların minimum təhsil səviyyəsi 6 il, maksimum təhsil səviyyəsi isə 20 ilə bərabərdir. Qeyd edim ki, 12 ildən aşağı təhsil səviyyəsinə sahib olanlar orta məktəbi müxtəlif səbəblərdən tərk etmək məcburiyyətində qalanlardır. Kumulyativ say və kumulyativ faiz sütununa baxdığımız zaman bu insalar rəyi soruşulanların 36-nı və ya 6.67%-ni təşkil edir. Rəyi soruşulanlar arasında ən böyük paya sahib olanlar 12 illik təshil səviyyəsinə sahib insanlardır. Bu da, rəyi soruşulanların 229 və ya 42.41%-ni təşkil edir. 16 illik təhsil səviyyəsi bakalavr, 17-18 illik təhsil magistr, 19-20 illik təhsil səviyyəsi isə doktorantura təhsilli insanları göstərir. Cədvəldən göründüyü kimi,  rəyi soruşulanlar arasında orta məktəbi başa vurmayanların(36 nəfər) tam yarısı qədər insan ən yüksək təhsil səviyyəsi olan doktorantura pilləsinə qədər təhsillərini davam etdiriblər.
Cədvəl 2 Valideyinlər və uşaqların təhsil səviyyələri arasındakı
korrelyasiya əmsalları
 
 
UTS
ANA_TS
ATA_TS
UTS
1
0.43
0.38
ANA_TS
0.43
1
0.59
ATA_TS
0.38
0.59
1
 
 
Cədvəl 2-də göstərilən korrelyasiya əmsalları çox maraqlı məlumatları özündə ehtiva edir. Beləki, uşağın təhsil səviyyəsi ilə ata və ananın təhsil səviyyəsi dəyişənləri arasında müsbət əlaqə olsa da, ananın təhsil səviyyəsi ilə uşağın təhsil səviyyəsi arasındakı korrelyasiya əmsalı daha yüksəkdir. Bu ilk növbədə, yuxarıda qeyd edildiyi kimi uşağın təhsil səviyyəsi üzərində ananın təhsil səviyyəsinin daha güclü təsirə malik olduğunu deməyə əsas verir. Cədvəl 2-də diqqəti çəkən digər maqam isə, ən böyük korrelyasiya əmsalının ata və ananın təhsil səviyyələri arasında olmasıdır. Ata və ananın təhsil səviyyəsi bir-birinə birbaşa təsiri olmasa da, dolayı təsiri var. Buradan belə aydın olur ki, hər bir gənc rasional olaraq öz təhsil səviyyəsinə uyğun olan biri ilə evlənir. Bütün bu deyilənlər işığında uşaqların təhsil səviyyəsi üzərində təsiri olduğu düşünülən əsas dəyişənlər ilə qurulmuş reqresiya modelinin nəticələri aşağıda verilmişdir. Modelin təxmini zamanı Ən Kiçik Kvadratlar üsulu istifadə edilmişdir.
 
Cədvəl 3 Uşaqların təhsili üzərində valideyinlərin təhsilinin təsiri
 
Əldə edilən nəticələrdən göründüyü kimi hər iki valideyinin təhsil səviyyəsi uşağın təhsili üzərində müsbət təsirə malikdir. Ancaq, uşağın təhsil səviyyəsi üzərində ananın təhsil səviyyəsinin təsiri daha çoxdur. Belə ki, ananın təhsil səviyyəsi bir il artığı zaman, uşağın təhsili orta qiymət 0.24 il, atanın təshil səviyyəsindəki bir illik artış uşağın təhsil səviyyəsi üzərində orta qiymət olaraq 0.20 il artışa səbəb olur. Valideyinlərin təhsil səviyyəsini göstərən dəyişənlərin əmsalları nəzəri olaraq gözləntiləri doğrultmaqla yanaşı, bu dəyişənlər statistik baxımdan da əhəmiyyətlidir[1]. Uşağın təhsil səviyyəsi üzərində ananın təhsil səviyyəsinin təsiri böyük görünsə də, bunu test etmədən dəqiq bir şey söyləmək olmaz. Beləliklə Wald testi[2] ilə hər iki əmsalın sıfıra bərabər olub olmadığını test etməklə, valideyinlərin təhsil səviyyəsinin uşaqlarının təhsil səviyyəsi üzərindəki təsirinin əhəmiyyətli olub olmadığını aydınlaşdırmaq olar. Əgər hər iki valideyinin təhsil səviyyələrin uşaqların təhsil səviyyəsi üzərində əhəmiyyətli təsiri olarsa, reqresiya nəticələrinin doğruluğunu təsdiqləmək olar.
 
Cədvəl 4 Wald testi
 
Wald testinin nəticəsinə əsasən, ata və ananın təhsil səviyyələrinin uşağın təhsil səviyyəsi üzərindəki təsiri statistik olaraq  əhəmiyyətli şəkildə sıfırdan fərqlidir.
 
İndi isə, uşaqların təhsil səviyyəsi üzərində təsiri olduğu düşünülən digər dəyişənləri nəzərə alaraq reqresiya modelini yenidən təxmin edək.
 
Cədvəl 5 Uşaqların təhsili səviyyəsinə təsir edən dəyişənlər
 
Cədvəl 6 Uşaqların təhsili səviyyəsinə təsir edən dəyişənlər
 
 
Reqresiya modelində istifadə edilən dəyişənlər aşağıda qeyd edilmişdir. 
Asılı dəyişən UTS-uşağın təhsil səviyyəsi.
Sərbəst və ya izahedici dəyişənlər: RM-riyaziyyat, məntiq və oxuma bacarığı ilə əlaqəli test nəticələrinin çəkili orta qiyməti, gəlir-ailənin gəlir səviyyəsi, AYKUS-altı yaşdan kiçik uşaq sayı, ATA_TS atanın təhsil səviyyəsi, ANA_TS-ananın təhsil səviyyəsi, boşanmış-ata ananın boşanmış olması, dövlət dəstəyi-azgəlirli ailələrə təhsil üçün dövlət dəstəyi, şəhərdə_yaşamaq-ailənin şəhərdə və ya kənd yerində yaşadığını, magistr, doktorantura və professor dəyişənləri isə valideyilərdən ən az birinin  müvafiq təhsil səviyəsinə sahib olduğunu göstərən dəyişənlərdir.

Daxil edilən dəyişənlərdən ailədəki 6 yaşından kiçik uşaq sayı və ailənin boşanmış olmasını göstərən dəyişənlərin nəzəri olaraq uşaqların təhsili üzərində mənfi təsirə malik olduğu, digər dəyişənlərin isə uşaqların təhsili üzərində müsbət təsirə malik olduğu gözlənilir. Reqresiya modelindən əldə edilən nəticələr, nəzəri olaraq gözləntiləri doğrultmaqdadır. t və F statistikalarına baxaraq, dəyişənlərin fərdi və birlikdə statistik olaraq əhəmiyətli olduğunu görmək olar.

İndi isə bəzi dəyişənlərə aid əmsalları şərh edək: Ailənin boşanmış olması uşaqların təhsil səviyyəsini orta qiymət olaraq 0.43 il azaldır.  Valideyinlərdən birinin magistr təhsilinə sahib olması uşağın təhsil səviyəsini orta qiymət olaraq 3.18 il artırır. Ailə gəlirinin bir vahid artması uşaqların təhsil səviyyəsini orta qiymət olaraq 0.03 il, ananın təhsil səviyyəsinin bir il artması isə, uşaqların təhsil səviyyəsini orta qiymət olaraq 0.07 il artırır.

Cədvəl 5 və Cədvəl 6-da verilən reqresiya nəticələrini müqasiə edərkən, Cədvəl 6-da verilən modelin daha yüksək determinasiya əmsalı ilə yanaşı daha kiçik AIC və BIC meyarına sahibdir. Bu iki göstərici Cədvəl 6-da verilən modelin daha uyğun model olduğunu deməyə əsas yaradır. Cədvəl 6-da verilən reqresiya modeli asılı dəyişəndə başverən dəyişikliklərin 57%-ni(R2=0.57) izahetmə qabiliyyətinə sahibdir. Qurulan bu reqresiya modelində dəyişənlərə aid verilənlər sorğu əsasənda əldə edildiyi üçün, reqresiya nəticələrin etibarlılığını baxımından xətalar sabit varyansa sahib olmalıdır. Əks təqdirdə əldə edilən əmsallar həqiqəti əks etdirməyəcəkdir. Eyni zamanda xətalar arasında korrelyasiya da olmamalıdır. Xətaların sabit varyansa sahib və korrelyasiyaya sahib olub-olmadığını yoxlamaq məqsədi ilə, müvafiq olaraq White və Breuch Pagan testləri edilmiş və aşağıdakı nəticələr əldə edilmişdir.
 
Cədvəl 7 Dəyişən varyans üçün White Testi
 
 
Heteroskedasticity Test: White
 
 
 
 
 
 
 
 
 
 
 
F-statistic
1.346041
    Prob. F(64,475)
0.0461
Obs*R-squared
82.90022
    Prob. Chi-Square(64)
0.0562
Scaled explained SS
104.9014
    Prob. Chi-Square(64)
0.0010
 
 
 
 
 
 
 
 
 
 
 


Cədvəl 8 Brecusch-Godfrey LM testi
 
 
Breusch-Godfrey Serial Correlation LM Test:
 
 
 
 
 
 
 
 
 
 
 
F-statistic
0.717912
    Prob. F(1,527)
0.3972
Obs*R-squared
0.734621
    Prob. Chi-Square(1)
0.3914
 
 
 
 
 
 
 
 
 
 
 
Hər iki testin nəticəsinə görə xətalarda dəyişən varyans və korrelyasiya mövcud deyil. Beləliklə reqresiya modelindən əldə edilən əmsalların yayınmaz, effektiv və tutarlı olduğunu söyləmək olar. 
 
Reqresiya modeli ilə hesablanmış əmsallarda hər hansı bir qırılmanın olub olmadığını test etmək üçün isə, CUSUM və CUSUM SQ testləri edilmiş və aşağıdakı nəticələr əldə edilmişdir.
Şəkil 1 CUSUM Testi
 
Şəkil 2 CUSUM SQ Testi
 
Qeyd: Bu testləri etmək üçün, model təxmin edildikdən sonra View/Stability Diagnostics/Recursive Estimate(OLS only)/CUSUM vəView/Stability Diagnostics/Recursive Estimate(OLS only)/CUSUM of Squares test ardıcıllıqla seçilərək OK düyməsi sıxılır

 
Bu testlərin hər ikisinin nəticəsinə görə, əgər mavi xətt verilən aralıqda hərəkət edirsə, parametrlərdə hər hansı qırılmanın olmadığını deməyə əsas verir.
 
Bütün bu nəticələrdən sonra modelin müvafiq siyasət məqsədi ilə necə istifadə ediləcəyidir. Gələcək nəsillərin təhsilli yetişməsini istəyiriksə, xüsusən qızların təhsilinə önəm verməli, ailələrdə boşanma hallarının artmaması üçün müvafiq addımlar atılmalı, çoxuşaqlı ailə yerinə əhali artımını azaltmayacaq səviyyədə az uşaqlı təhsilli uşaqların yetişdiriləbiləcəyi ailə modeli siyasəti həyata keçirilməli, aztəminatlı və rayonlarda yaşayan ailələrdə doğulan uşaqların təhsilə əlçatanlığını təmin etmək məqsədi ilə həmin ailələrə dəstək məqsədi ilə xüsusi dövlət proqramları hazırlanmalıdır. Yalnız bu şəkildə siyasətlə təhsilli və inkişaf etmiş cəmiyyətə sahib ola bilərik. Əgər hər nəsil özündən əvvəlki nəsildən daha üstün təhsilə sahib olarsa, güclü ölkəyə çevrilə bilərik. Bəxtiyar Vahabzadənin "Axı dünya fırlanır" şerində dediyi kimi:
Mən atamı ötmüşəm, məni ötür övladım
Bu belə də, olmalı axı dünya fırlanır.
 
 
Bəli bu belə də olmalı! Başqa çıxış yolumuz yoxdur.
 
[1] %95 faizlik əhəmiyyətlilik səviyyəsində t statistikasının kritik dəyəri 1.96 olduğundan, hesablanan t statistikaları kritik dəyərdən böyükdür. Beləliklə hər bir əmsalın sıfıra bərabər olduğunu göstərən sıfır hipotezi rədd edilə bilər. Eyni zamanda, hesablanan ehtimal dəyəri(0.000) 0.05 faizlik(1-0.95) əhəmiyyətlilik səviyəsindən kiçik olduğundan sıfır hipotezi rədd edilə bilər.
[2] Bunun üçün Eviews proqramında model təxmin edildikdən sonra, model pəncərəsində View/Coefficient Diagnostics/Wald Test-Coefficient Restrictions ardıcıllığı seçilərək açılan pəncərədə c(2)=c(3) yazılaraqOK düyməsi sıxılır.





http://ekonometriya.blogspot.com.tr/

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin