26 aprel 2018 15:27

"BankAvrasiya"nın mənfəəti azaldı – HESABAT  

"BankAvrasiya" 2018-ci ilin birinci rübünün nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, bank rübü 3 milyon 234 min manat xalis mənfəətlə bağlayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.
 
Əməliyyat mənfəəti azaldı

Hesabata görə, bankın faiz gəlirləri 2 milyon 794 min manat olub. Gəlirlərin 1 milyon 805 min manatı verilən kreditlərdən formalaşıb. Bank faizlər üzrə xərclərə 657 min manat yönəldib. Nəticədə xalis faiz gəliri 2 milyon 137 min manata düşüb. Bankın qeyri-faiz gəlirləri 297 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 55 min manat olub. Xalis faiz gəliri və qeyri-faiz gəlirlərini toplamaqla qeyri-faiz xərclərini çıxdıqdan sonra bankın əməliyyat mənfəəti 1 milyon 380 min manat təşkil edib. 31 mart 2017-ci il tarixinə bank xalis faiz mənfəəti 2 milyon 153 min manat, xalis əməliyyat mənfəəti 2 milyon 127 min manat olmuşdu.


Eləcə də bax: Mənfəəti 5,7 dəfə artan bank - HESABAT


Ehtiyatını mənfəətə çevirdi

Avrasiya bank aktivlər üzrə mümkün zərərlərə ayırdığı 1milyon 853 min manatı  gəlirlərə daxil etdiyindən rübün sonunda bankın mənfəəti 3 miyon 234 min manat olub.




Aktivləri artıb

Bankın  bu ilin birici rübünə olan aktivləri 162 milyon 216 min manat olub. Bunun 89 milyon 790 min manatını müştərilərə verilən kreditlər təşkil edir. Ötən ilin birinci rübündə bankın cəmi aktivləri 146 milyon 480 min manat, kredit portfeli 89 milyon 137 min manat idi.


Eləcə də bax: Azərbaycandakı xarici bankın vəziyyəti məlum oldu - HESABAT


Öhdəlikləri yüksəlib

Bank Avrasiyanın cəmi öhdəlikləri 100 milyon manat təşkil edir. Öhdəliklərin strukturunda müştərilərin depozitləri 33 milyon 112 min manat tutur.
31 le/65263mart 2017-ci il tarixinə isə cəmi öhdəlikləri 86 milyon 229 min manat idi.  Bankın nizamnamə kapitalı 50 milyon manat, cəmi kapitalı isə 2 milyon manat aratarq 62 milyon 214 min manat təşkil edir.



İlhamə Abdullayeva 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz