25 aprel 2018 21:06

"Bank BTB" işçi axtarır - VAKANSİYA

FED.az xəbər verir , Bank “BTB” ASC Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin aparıcı mütəxəssisi (“Sumqayıt” filialı) axtarır.

 

İş barədə məlumat:

  • Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
  • Fəaliyyət göstərdiyi ərazidə bankın kredit məhsullarının təşviqatını aparır;
  • İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
  • Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
  • Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
  • Filial müdirinin və Kredit şöbəsinin rəhbərinin kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Eləcə də bax : "Unibank" işçi axtarır - VAKANSİYA

Eləcə də bax : "AccessBank" işçi axtarır - VAKANSİYA


Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • 2 il iş təcrübəsi;
  • Ünsiyyət qurma bacarığı;
  • Təqdimetmə və satış bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 15 May, 2018-ci il tarixinədək cv@btb.az  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin aparıcı mütəxəssisi (“Sumqayıt” filialı)göstərməyiniz xahiş olunur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin