25 aprel 2018 19:37

953 min dollara satılan maşın - FOTO 

Çinin lüks avtomobil brendi olan “Hongqi”nin (“Qırmızı ulduz”) L5 modeli 6 milyon yuana (953 min ABŞ dolları) satılıb.

FED.az xəbər verir ki, dünyanın bir çox avtomobil korporasiyasına şüşə satan “Fuyao Glass” şirkətinin sahibi Cao Devan “Hongqi L5”i alan ilk fərdi şəxs olub. Avtomobil sifariş əsasında yığılıb. Belə ki, Çinin ilk avtomobil şirkəti “FAW Group”un istehsalı olan “Hongqi” avtomobilləri indiyədək yalnız ali və yüksək vəzifəli dövlət rəsmilərinin və Çinə səfər edən rəsmi qonaqların xidməti istifadəsi üçün istehsal edilir. İlk dəfə “Hongqi” avtomobili 1959-cu ildə Pekinin Tiananmen meydanında Çin Xalq Respublikasının yaranmasının 10 illiyi münasibətilə keçirilən paradda istifadə olunub.

Qeyd edək ki, “FAW Group” şirkəti aprelin 25-də Pekində işə başlayan beynəlxalq avtomobil sərgisində yeni “Hongqi H5” sedan və “Hongqi SUV” modellərini təqdim edib. Fərdi müştərilər üçün nəzərdə tutulan “Hongqi H5”in qiyməti 23-30 min dollar arasında dəyişir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin