25 aprel 2018 19:15

Gürcüstandakı Azərbaycan bankının vəziyyəti məlum oldu 

"PAŞA Bank"ın Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin yanvar-mart aylarını 871 min lari (595 min manat) xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,9% azdır.

 

FED.az xəbər verir ki, 3 ay ərzində "PAŞA Bank Gürcüstan"ın faiz gəlirləri 4,395 milyon lari (3 milyon manat), faiz xərcləri 1,112 milyon lari (760 milyon manat), qeyri-faiz gəlirləri 820 min lari (560 min manat), qeyri-faiz xərcləri 2,7 milyon lari (1,845 milyon manat), xüsusi ehtiyatlara ayırmaları isə 532 min lari (360 min manat) təşkil edib.

 

Aprelin 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 277,363 milyon lari (189 milyon manat) olub ki, bu da illik müqayisədə 5,2% çoxdur. Bunun 128,057 milyon larisi (87 milyon manatı) müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21,25% böyüyüb.

 

Hesabat tarixinə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri isə 171,28 milyon lari (117 milyon manat) təşkil edib ki, bu da illik müqayisədə 6,3% çoxdur. Bunun 57,731 milyon larisi (39 milyon manatı) müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 50,65% böyüyüb.

 

Son 1 ildə "PAŞA Bank Gürcüstan"ın balans kapitalı 3,4% artaraq 106,083 milyon lariyə (72 milyon manat) çatıb. Bankın nizamnamə kapitalı isə dəyişməyərək 103 milyon lari (70 milyon manat) qalıb.

renkinq.az 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz