25 aprel 2018 20:30

“Amrahbank” işçi axtarır - VAKANSİYA

FED.az xəbər verir ki, “Amrahbank” ASC Mikro biznes üzrə Kredit mütəxəssisi vəzifəsinə vakansiyalar elan edir. Qısa zamanda yüksək nəticələr göstərərək karyera inkişafını, özünün iqtisadi biliklərini və intuitiv qərar vermək bacarığını artırmaq istəyənlər tələb olunur.

Vəzifə öhdəlikləri:

-Potensial müştərilərin cəlb olunması və məlumatlandırılması
-Kredit müraciətlərinin qəbulu və təhlili
-Kredit sənədlərinin tərtibatı
-Kredit portfelinin nəzarəti və idarə olunması
-Kreditə dair xidmətlər və onların monitorinqi

Eləcə də bax : "Unibank" işçi axtarır - VAKANSİYA

Eləcə də bax : "AccessBank" işçi axtarır - VAKANSİYA

Əsas tələblər:

  • Ali təhsil;
  • Ünsiyyətçilik, təşəbbüskarlıq;
  • Komandada işləmək bacarığı;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • İşdədəqiqlik,məsuliyyətlilik.

Mikro biznes kreditləri üzrə iş təcrübəsi olanlara üstünlük veriləcək.

Maraqlı olan şəxslərin CV-rini  ird@amrahbank.az ünvanına göndərməyixahişolunur (iddia etdiyiniz vəzifəni qeyd etmənizi xahiş edirik)

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin