25 aprel 2018 16:33

"Qala Həyat"ın səhmdarlarının növbəti iclasının tarixi məlum oldu

Bu ilin iyun ayının 22-də “Qala Həyat” Sığorta Şirkəti ASC-nin Səhmdarların Ümumi Yığıncağının növbəti iclası keçiriləcək.

“Qala Həyat”ın baş ofisindən FED.az  saytına verilən məlumata görə, Direktorlar Şurasının DŞ-01-03/18 saylı 30 mart 2018-ci il tarixli qərarına əsasən, səhmdarların ümumi yığıncağının növbəti iclası 22.06.2018-ci il tarixdə, saat 10.00-da AZ1122, Bakı ş., Tbilisi prospekti 42A ünvanında keçiriləcək.
İclasda səhmdarlar tərəfindən “Qala Həyat” ASC-nin 2017-ci il üzrə illik ümumi hesabatların təsdiqi və 2017-ci il üzrə əldə olunmuş xalis mənfəətin bölüşdürülməsi kimi məsələlər müzakirə ediləcək.
 
Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin