25 aprel 2018 16:16

Azərbaycanlı gənclər üçün hansı ölkədə təhsil almaq daha çətindir?

Xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin istəyidir. Bu həm digər bir ölkəni görmək arzusundan, həm də təhsillərini daha da yaxşı universitetlərdə davam etdirmək istəyindən irəli gəlir.

Maraqlıdır, bu gün azərbaycanlı gənclər  təhsil almaq üçün müraciət etdikləri hansı ölkələrlə bağlı problem yaşayırlar?

“Ukrayna ilə müqayisədə Türkiyədə təhsil almaq çox çətindir”.

FED.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov deyib ki, hazırda azərbaycanlı gənclərin ən çox təhsil almaq üçün üz tutduğu ölkələr Türkiyə və Ukraynadır:

“Hər iki ölkə adi orta məktəb attestatı ilə qəbul apardığı üçün gənclər Azərbaycandakı ali məktəblərə qəbul olunmayanda bu ölkələrə üz tutur.  Amma tələbələrin məzun olma faizində Ukraynanın universitetlərini bitirənlər çoxluq təşkil edir. Lakin  diplomların tanınmasında Türkiyə universitetləri üstündür. Çünki hər iki ölkədə ali məktəblərə qəbul sadə olsa da, Ukrayna ilə müqayisədə Türkiyədə təhsil almaq çox çətindir.  Ukraynada isə istənilən halda təhsili başa vurmaq mümkündür”.

Eləcə də bax: Bu tələbələrə ikiqat təqaüd veriləcək - ƏMR

Almaniya, Fransa, Amerika…

Ekspert  bu gün azərbaycanlıların oxumaq üçün müraciət etdiyi zaman çətinlik çəkdikləri ölkələrdən də söz açıb:

“1. Hazırda qardaş Türkiyədə 15 min azərbaycanlı tələbələ təhsil alır ki, onların böyük əksəriyyəti bir kursdan digərinə çox çətinliklə keçir.

2. Ukrayna təhsil almaq asandır, amma dil bilgiləri zəif olduğu üçün bizim gənclər orda çətinlik çəkir.

3. Almaniya və Fransada təhsil alan azərbaycanlı tələbələr orda yaşam xərcləri çox oluğu üçün bir çox hallarda təhsillərini davam etdirə bilmirlər. Bu ölkələrdə də təhsil ciddi olduğu üçün bizim tələbələr çətinlik çəkir.

4. Təhsil alan tələbələrin sayının az olmasına baxmayaraq, Çin Respublikasında da problemlər var. Bu həm dil, həm qidalanma həm də ciddi təhsil almaq ilə əlaqədardır.

5. Yaponiya. Bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 100 ə yaxındır.  Bu qədər az olmasında səbəb bu ölkədə yaşam xərclərinin yüksək olması, qidalanma və  dil problemlərinin olmasıdır.

6. ABŞ. Amerikada təhsil almaq maddi imkanlardan asılı oluğu üçün Azərbaycan gənclərinin az üz tutduğu ölkələrdən hesab olunur. Belə ki, yüksək təhsil haqqı bir çox gəncin təhsilini başa çatdıra bilməməsi ilə nəticələnir”

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin