25 aprel 2018 14:30

“Bitkoin dünya tarixinə düşəcək” - MƏŞHUR MİLYARDER

Açıqlamaları ilə kriptovalyuta dünyasına öz damğasını vuran Tim Dreyper aprelin 23-də Bitcoin-in internetdən və nsanlığın inkişafına təsir edən digər hadisələrdən daha böyük olduğunu söyləyib.

FED.az xəbər verir ki, Dreyper Bitcoin-i və Blockchain-i “Tesla”, “Hotmail” və “Skype”-ın lk yatırımlarıyla müqayisə edib. Bitcoin-in bu cəhdlərdən daha böyük olacağını, bu texnologiyanın tarixdə xüsusi iz buraxacağını vurğulayıb:

“Bitcoin dəmir dövründən, renessansdan və sənaye inqilabından daha böyükdür”.

Dreyper gələcək 5 ildə ənənəvi pullara ehtiyac olmayacağını söyləyib. “Beş il sonra qəhvə alan zaman ənənəvi pulla ödəniş etsəniz, Bitcoin-dən istifadə etmədiyiniz üçün sizə güləcəklər”, – deyə qeyd edib.

O, Bitcoin-in altcoinlərə qarşı apardığı uzun müddətli “kriptovalyuta müharibəsini” qazanacağını iddia edib.

Məşhur milyarder ötən ilin dekabrında hərracda aldığı 30 min Bitcoin-i hələ də saxlayır. Cari qiymətlə bu 270 milyon dollardan artıq pula bərabərdir.

Bitcoin açıqlamasında Bitcoin-in bu il 250 min dollaradək artacağını iddia etmişdi.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz