25 aprel 2018 14:06

ABB-dən bağlanma xəbərinə reaksiya - AÇIQLAMA

"ABB AS" şirkətinin Azərbaycandakı filialının bağlanması haqqında xəbərin, Azərbaycan Respublikasında hal-hazırda fəaliyyət göstərən "ABB Global Marketinq FZ-LLC" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və "ABB Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə FED.az-a "ABB Global Marketing FZ-LLC"dən bildirilib.

Xəbər verdiyimiz kimi "ABB AS" şirkəti Azərbaycandakı filialını bağlayır. "Vergilər" qəzetində dərc edilmiş elana görə, şirkət bununla bağlı kreditorlarına müraciət edib. Müraciətdə deyilir ki, kreditorlar tələblərini Nizami küçəsi ev 90A, Landmark ofis plaza 12-ci mərtəbədəki ünvana bildirə bilərlər. 

"Bloomberg"də yer alan məlumata görə, "ABB AS",  "ABB Ltd" Şirkətinin törəmə müəssisəsi kimi fəaliyyət göstərir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz