23 aprel 2018 11:22

Mərkəzi Bankın "manat yığımı" 5 milyardı ötdü – CƏDVƏL

Mərkəzi Bank bu dəfəki depozit hərracında təklifi yüksəltdi: 350 milyon manat. FED.az xəbər verir ki, artıq Mərkəzi Bank yanvardan bəri depozit hərracı vasitəsilə dövriyyədən 4 milyard 500 milyon, notlar vasitəsilə 850 milyon, ümumilikdə 5 milyard 350 milyon manatı yığıb.
 
 
Beləliklə, Mərkəzi Bank bu gün keçirəcəyi depozit hərracı ilə birlikdə təkcə bu ilin yanvarından bəri 4 milyard 500 milyon manatı banklardan alıb. Bu ilin fevral ayından başlayaq manat kütləsinin artımı depozit hərraclarına çıxarılan vəsaitin məbləğindən açıqca görünür. Martın 5-dən sonra isə tələb 1 miyardı keçir. Martın 27-si və 29-da yəni, bir həftədə iki dəfə belə depozit hərracının keçirilməsi tələbi 700 000 000 milyondan aşağı salmır. Aprelin əvvəlindən yenidin banklarda manat likvidliyi yüksəlir və depozit hərracında tələb milyardı ötür.
 
Mərkəzi Bank -  Depozit hərracı – 4 500.000.000
 

Tarix

MB-ın təklifi

Bankların tələbi

Yerləşdirilən məbləğ

05.01.2018

300.000.000

 300.300.000

300.000.000

12.01.2018

250 000 000

446 600 000

250 000 000

15.01.2018

250 000 000

318 000 000

250 000 000

22.01.2018

250 000 000 

318 000 000

250 000 000 

29.01.2018

250 000 000 

695 400 000

250 000 000 

05.02.201`8

250 000 000

 520 800 000

250 000 000

12.02.2018

200 000 000

 848 200 000

200 000 000

19.02.2018

250 000 000

992 400 000

250 000 000

26.02.2018

200 000 000

952 100 000

200 000 000

05.03.2018

250 000 000

1 133 300 000

250 000 000

12.03.2018

200 000 000

1 131 700 000

200 000 000

19.03.2018

250 000 000

1 009 980 000

250 000 000

27.03.2018

200 000 000

972 700 000

200 000 000

29.03.2018

250 000 000 

706 900 000

250 000 000 

02.04.2018

250 000 000

 1 178 400 000

250 000 000

09/04/2018

200.000.000 

1 074 400 000

200.000.000 

16/04/2018

350.000.000 

738 800 000

350.000.000 

23.04.2018

350.000.000 

935 800 000

350.000.000 

 
 

 Mərkəzi Bank notların yerləşdirilməsi yolu ilə 850 milyondan çox manatı dövriyyədən yığıb.
 
 
Mərkəzi Bank -  Notlar – 850.000.000
 

Tarix

Elan olunmuş məbləğ, AZN

Tələb, AZN

Yerləşdirilmə, AZN

28/03/20178

250.000.000

822.428.000

250.000.000

04/04/20178

150.000.000

788.035.200

150.000.000

12/04/20178

200.000.000

 591.726.600

200.000.000

18/04/2018

250.000.000 

 718.497.900

 250.000.000          


İlhamə Abdullayeva 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin