21 aprel 2018 12:46

Rubl yenə ucuzlaşdı – QİYMƏT

Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi hərracın nəticələri açıqlanıb.

FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının nəticələrinə görə, bu saatlarda 1 dolların dəyəri 0,46 rubl bahalaşaraq 61.32 rubl təşkil edir.

Məlumatda bildirilir ki, Rusiyada 1 avronun dəyəri 0,25 rubl yüksələrək 75,65 rubl olub.

Rusiyada valyuta birjalarındakı nəticəyə görə isə 1 dollar 60,89 rubl, 1 avro isə 75,19 rubl təşkil edir.

Qara bazarda isə 1 dollar 61,83 rubl, 1 avro isə 76,20 rubldur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin