21 aprel 2018 12:30

Yeni baş nazir seçilir - MM-in İCLASI - YENİLƏNİR

Novruz Məmmədov çıxışa başlayıb:

«İndiyədək danışmağı sevirdim, indi isə işləmək lazımdır». Etimada görə ölkə rəhbərliyinə təşəkkür etdi: «Cənab prezidentlə işləmək böyük şərəfdir».

"Üzərimə qoyulan bu məsuliyyəti, ölkə prezidentinin rəhbərliyi altında və bütün hökumət və millət vəkillərinin dəstəyi il işləyəcəyik və bu uğurları davam etdirəcəyik". 

Eləcə də bax: Baş nazir və nazirlər nə qədər qazanır? - MƏBLƏĞLƏR

N.Məmmədov bildirib ki, Azərbaycan müxtəlif sahələrdə böyük uğurlar qazanıb, o cümlədən, ölkəmiz nəqliyat dəhlizlərinin yaranmasına da böyük tövhə verib: "nəticədə ölkəmiz qovşağa çevrilir və bu da ölkəmizin potensialının reallaşmasını təmin edir".

Qarşımda duran vəzifə bu günədək qazanılan uğurların istiqamətlərni daha da konkretləşdirmək, hansı sahələrdə islahatların vacib olduğunu, lazımi addımları atmaq olacaq. Cənab prezidentin rəhbərliyi altında, və hökumət və millət vəkillərinin dəstəyi ilə bu vəzifələrin öhdəsindən gələcəyik.

"İndiyədək bu (iqtisadiyyat) barədə danışmadığına görə mənim üçün bir qədər çətindir, amma Aərbaycan bu uğurlara qadirdir və ona layiqdir. Bizim işimiz bunu davam etdirməkdir".

Eləcə də bax: 71 yaşlı yeni baş nazir kimdir?

Bu yaxınlarla Bakıda Qoşulmama Hərəkatının nazirlərinin toplantısı oldu. Bu BMT-dən sonra dünyanın  ən böyük beynəlxalq təşkilatıdır və Azərbaycan 2019-2021-ci ilədək bu təşkilata rəhbərlik edəcək. Ölkə rəhbərliyinin xarici siyasət məsələlərindəki müdrikliyini bilərək sizi inandırıram ki, qarşıdakı 3 ildə ölkəmizin həyatında yeni səhifə açılacaq.

N.Məmmədov bütün millət vəkillərinə onu seçdiklərinə və haqqında deyilən xoş sözlərə görə, minnətdarlıq etdi.

***
Çıxışlara 20 nəfər yazılsa da, Oqtay Əsədov çıxışları dayandıraraq səsverməyə başladı. Və N.Məmmədov yekdilliklə baş nazir postuna təsdiqləndi.
***
Milli Məclisin iclası başlayıb.

Eləcə də bax: Yeni baş nazir Novruz Məmmədovdur

FED.az xəbər verir ki, iclasda baş nazir seçiləcək və bu vəzifəyə Azərbayxan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb. İclasa Oqtay Əsədov sədrlik edir. Namizəlin adının açıqlanmasından sonra millət vəkilləri Səməd Seyidov, Siyavuş Novruzov və İsa Həbibbəyli çıxış edərək Novruz Məmmədovun yüksək peşəkarığı, ölokə rəhbərliyinə sədaqəti, elmi fəaliyyəti və yüksək insani keyfiyyəti olduğunu vurğulayıblar. Çıxışçılır bildiriblər ki, N.Məmmədovun baş nazir postuna namizədliyi uğurlu seçimdir və onu dəstəkləyirlər..

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin