21 aprel 2018 11:27

Baş nazir və nazirlər nə qədər qazanır? - MƏBLƏĞLƏR

Xəbər verildiyi kimi, bir qədər sonra Azərbaycanın yeni baş naziri məlum olacaq.

FED.az xəbər verir ki, yeni baş nazirin təqdimatı Milli Məclisin bir qədər sonra başlayacaq iclasında veriləcək və böyük ehtimalla təsdiqlənəcək.

Baş nazirlə yanaşı hökumətdə digər kadr dəyişikliklərinin də olacağı gözlənilir. Hazırda bu məsələ ilə bağlı ictimaiyyətdə qızğın müzakirələr gedir.
Bəs nazir və məmur olmaq niyə belə mühümdür? Bu məmurlar nə qədər maaş alırlar?
Dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub. İndiyədək sərəncama və məbləğlərə bəzi dəyişikliklər edilib, hazırki durum belədir:

 

Dövlət məmuru Aylıq maaş
Baş nazir 2230 manat
Baş nazirin birinci müavini 1960 manat
Baş nazirin müavini 1870 manat
Nazir 1750 manat
Komitə sədri 1750 manat
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi,  Dövlət Sərhəd Xidmətinin rəisi 1750 manat
Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri 1450 manat
Nazirin və Komitə sədrinin birinci müavini 1160 manat
Nazirin və Komitə sədrinin birinci müavini 1050 manat
Yerli icra hakimiyyətlərinin başçıları
Bakı şəhəri 1750 manat
Gəncə və Sumqayıt şəhərləri 1160 manat
əhalisinin sayı 100 min nəfərdən çox olan rayon və şəhərlər 950 manat
əhalisinin sayı 50-100 min nəfər olan rayon və şəhərlər 900 manat
əhalisinin sayı 50 min nəfərədək olan rayon və şəhərlər 800 manat
   
   
 
Elə həmin sərəncamla adı çəkilən şəxslərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir. Bu 25%-i də nəzərə alanda baş nazirin “təmiz” aylıq gəliri 2787 manat, nazirlərin maaşları 2187 manat və s. təşkil edir. Rayon icra hakimiyyətlərinin rəhbərlərində isə məbləğlər 1000-2187 manat arasındadır. 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz