20 aprel 2018 12:45

Ötən ili mənfəətlə başa vurub

“Standard Insurance” sığorta şirkəti 2017-ci ili 863 min manat xalis mənfəətlə başa vurub. Halbuki şirkət 2016-cı ildən 5 milyon 775 milyon manat xalis zərərlə çıxmışdı.

 

FED.az xəbər verir ki, ötən il “Standard Insurance”ın gəlirləri 16 milyon 679 min manat, xərcləri isə 15 milyon 816 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

 

Bu il yanvarın 1-nə şirkətin aktivləri 15 milyon 326 min manat olub ki, bu da illik müqayisədə 23,7% azdır. 2017-ci ildə “Standard Insurance”ın öhdəlikləri 29,25% azalaraq 9 milyon 46 min manata, balans kapitalı isə 14% azalaraq 6 milyon 281 min manata düşüb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin