19 aprel 2018 15:13

Sığorta bazarının 62%-i «PAŞA Həyat» və "PAŞA Sığorta"nın payına düşür

Maliyə Bazarlarına Nəzarət Palatası yanvar-mart ayında sığorta bazarı üzrə rəqəmləri açıqlayıb. FED.az-ın məlumatına görə, sığorta bazarının 62%-dən böyük hissəsi «PAŞA Holdinq»ə aid olan “Paşa Sığorta” və “Paşa Həyat Sığorta”nın payına düşür. Bu şirkətlər sığorta bazarının müvafiq olaraq 33,9% və 28,8%-i olmaqla ümumilikdə 62,7%-nə nəzarət edirlər. İlk 3 ayda “Paşa Sığorta” 65,5 milyon manat, “Paşa Həyat Sığorta” isə 55,7 milyon manat sığorta haqqı toplayıb. Yığımların həcminə görə, sonrakı yerləri  “Atəşgah Həyat” (12,9 milyn manat), “Meqa Sığorta” (10,1 milyon manat), “Atəşgah” Sığorta (8,4 milyon manat), “İpək Yolu Sığorta” (6,6 milyon manat) və “AXA MBASK” (5,5 milyon manat) şirkətləri tutur. 
İlk 3 ayda ən az sığorta haqqı toplayan şirkət “Amrah Sığorta” olub – cəmi 30,9 min manat, "Naxçıvansığorta" 62,9 min manat sığorta haqqı toplayıb, autsayderlərin ilk 3-lüyünü isə “Bakı Sığorta” tamamlayır, 189,3 min manat. “Rəvan Sığorta” 265 min manat sığorta haqqı toplaya bilib. Qalan şirkətlərin topladığı haqlar 1,2-4.6 milyon manat arasındadır. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz