19 aprel 2018 11:04

Depozit götürməyən bankın vəziyyəti məlum oldu - HESABAT 

“Naxçıvanbank” ASC 2018-ci ilin birinci rübünü 853 min manat xalis mənfəət ilə başa vurub. FED.az xəbər verir ki, bankın kreditlər üzrə faiz gəlirləri 4 milyon 876 min manatdan bu ilin 3 ayının yekununda 1 milyon 236 min manata düşüb.

Bank depozit qəbul etmədiyindən depozitlər üzrə faiz xərcləri də yoxdu. "Naxçıvanbank"ın qeyri faiz gəlirləri kəskin azalıb. 2017-ci ilin yekununda bu göstərici 2 milyon 998 min manat təşkil etmişdisə, bu ilin 3 ayında cəmi 663 min manat olub. Bank hesabların aparılması üzrə xidmətdən 413 min manat qazanıb. Valyuta əməliyyatlarından əldə etdiyi gəlir isə 243 min manat olub. Bankın qeyri-faiz xərcləridə azalıb, xüsusəndə əməkhaqqı üzrə xərclərdə kəskin azalma müşahidə olunur. Bank 852 min manat xalis mənfəət əldə etsədə, vergi ödəməyib.

 

Xərclər çıxıldıqdan sonra “Naxçıvanbank” 1 milyon 201 min manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəətinin 348.62 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb.

 

"Naxçıvanbank" balans və kapital göstəricilərini açıqlamayıb.

 

 




Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz