17 aprel 2018 18:16

“A-Qroup”şirkəti sığorta yığımları üzrə yenidən artım nümayiş etdirib      

Azərbaycan sığorta bazarında 22 ildən artıq uğurla fəaliyyət göstərən “A-Qroup” sığorta şirkəti 2018-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin baş ofisindən FED.az-a verilən məlumata görə, cari ilin ilk üç ayının maliyyə hesabatının nəticələrinə əsasən, şirkətin sığorta haqlarının həcmi 1 832 967 AZN təşkil edib ki, bu da ötən ilin müvafiq hesabat dövrü ilə müqayisədə 211 000 manat və ya 13% çox olmuşdur.
Ənənəvi olaraq, ümumi yığımların böyuk hissəsi yəni 1 627 746 manatı "könüllü tibbi sığorta" növünün payına düşüb.  
Həmçinin hesabat dövründə “Kasko sığortası” növü üzrə sığorta yığımlarının həcmi iki dəfə, “səyahət sığortası” məhsulu üzrə isə 65% artım qeydə alınmışdır.
2018-ci ilin I rübündə “A-Qroup” sığora şirkəti tərəfindən sığortalılara 1 693 340 AZN məbləğində ödəniş həyata keçirilib. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 1 652 707 təşkil etmişdir. Qeyd edək ki, ortalama olaraq “A-Qroup” сari ilin I rübündə hər gün müştərilərinə 20 000 AZN məbləğində ödəniş həyata keçirib.
Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.
“A-Qroup” sığorta dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin