29 mart 2018 14:46

İtaliyanın "İnter" klubu satılacaq

İtaliyanın "İnter" klubu tezliklə satışa çıxarılacaq.

FED.az-ın "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, klubun sahibi olan Çinin "Suninq" şirkəti maliyyə problemi ilə əlaqədar klubu satmaq niyyətindədir. Onlar UEFA-nın yeni maliyyə feyr-pleyi qaydalarından da narazıdırlar. 

Bundan əlavə, sahibkarlar komandanın bu mövsüm avrokuboklarda çıxış etməməsindən məyusdurlar. Şirkət "İnter"i 60 milyon avro məbləğində qiymətləndirib. Səhmlərin 68,55 faizi "Suninq"ə, 31,45 faizi isə son illər komandanın işləri ilə məşğuliyyətdən əl çəkən klub prezidenti Erik Tohirə məxsusdur. 

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Milan" klubunun da səhmlərinin satışa çıxarılacağı açıqlanıb. Mümkün alıcılar sırasında rusiyalı biznesmenlər - Fransa "Monako"sunun sahibi Dmitri Rıbolovlyovla İngiltərə "Arsenal"ının səhmdarı Alişer Usmanovun adları çəkilir. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz