17 mart 2018 13:51

Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq

Qida Təhlükəsizliyi Agentliyinin tərkibində Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq.

FED.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı görüşdə deyib.

O bildirib ki, institutda müəyyən standartlara cavab verən laboratoriyalar fəaliyyət göstərəcək:

“Bu instititut qida təhlükəsizliyini təhlil edəcək və məhsulların tərkibini araşdıracaq və onların tərkibini təhlil edəcək. Həmçinin institut geniş modifikasiya edilmiş məhsulları araşdıracaq. Düşünürəm ki, bu bir çox zəhərlənmələrin qarşısını alacaq. Lazımınca bizim öhdəliyimizə düşən bütün tapşırıqları layiqincə yerinə yetirməyə çalışırıq”.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin