17 mart 2018 10:55

"Şvabe" Holdinq Azərbaycan bazarına çıxmaq istəyir

Rusiyanın "Şvabe" Holdinqinə daxil olan Zaqorsk Optik-Mexaniki Zavodu öz məhsullarını Azərbaycan və Monqolustan bazarlarına çıxarmaq niyyətindədir.

FED.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə müəssisənin baş direktoru Andrey Rastorquyev bildirib.

Eləcə də bax: Azərbaycanda şirkətləri üçün cəlbedici bazarların adları açıqlanıb

"Müəssisəmiz Azərbaycan və Monqolustan bazarlarına çıxmağı planlaşdırır. Cari ildə zavod, həmçinin Qırğızıstana da tibbi və laboratoriya təyinatlı məhsullarının tədarükünü iki dəfə artırmağı nəzərdə tutub", - deyə baş direktor bildirib.

Qeyd edək ki, zavodun əsas fəaliyyət istiqamətləri optik cihazların istehsalı və hazırlanması, o cümlədən səhiyyə, sənaye, kənd təsərrüfatı, enerji, ekoloji monitorinq və digər sahələrdir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin