17 mart 2018 10:18

Beynəlxalq Bank videonəzarəti gücləndirir

“Azərbaycan Beynəlxalq Bankı” filiallarında videonəzarəti gücləndirəcək.

FED.az xəbər verir ki, bu məqsədlə bank tender elan edib. Elanda bildirilir ki, ABB tərəfindən videonəzarət sistemi avadanlıqlarının satınalınması və bankın baş ofisinin, Bakı şəhərində yerləşən filial və şöbələrinin inzibati binalarında quraşdırılması nəzərdə tutulub. Bu xidməti yerinə yetirəcək şirkətlər lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Eləcə də bax: Novruz bayramı günlərində işləyəcək banklar - SİYAHI, ÜNVANLAR

Bundan başqa bank mühafizə-yanğın sistemi avadanlıqlarının satınalınması və bankın baş ofisinin, Bakı şəhərində yerləşən filial və şöbələrinin inzibati binalarında quraşdırılması ilə bağlı da tender elan edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin