15 mart 2018 14:54

Mərkəzi Bank geri çəkilir - UÇOT DƏRƏCƏSİ YENƏ DÜŞƏCƏK

Mərkəzi Bank uçot dərəcəcəsinə yenidən baxa bilər. FED.az xəbər verir ki, Mərkəzi Bank sədrinin müavini Aftandil Babayev belə bir açıqlama verib.
Onun sözlərinə görə, Mərkəzi Bank hesab edir ki, belə bir potensial var, ancaq bu barədə təbii ki, qərar vaxtı gəldikdə veriləcək.

Xatırladaq ki, Mərkəzi Bankın (AMB) İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.

Faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib.


Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz